14 Avqust 2015 18:26
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2015-ci il sentyabr ayının 5-də saat 10:00-da Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz rayonlarının sakinlərini Şəki şəhər-rayon Polis Şöbəsində qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, qəbul başa çatdıqdan sonra saat 12:00-da, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək. Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 14 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcəkdir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər