8 Sentyabr 2015 12:39
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Kaspi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva 2014/2015-ci təhsil ilinə dair yekun hesabatı təqdim etmə və ictimaiyyəti gələcək plan və layihələrlə bağlı bilgiləndirmək məqsədilə mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, Sona Vəliyeva belə hesabat konfransının artıq ənənə halını aldığını deyib. O, şirkətin uğurlarından danışaraq qeyd edib ki, bu il "Kaspi" təhsil mərkəzlərində hazırlaşmış abituriyentlərin ümumi qəbul göstəricisi 95 faiz olub: "Abituriyent kursunun əsas meyarı hesab olunan orta bal bu il "Kaspi"də 450 bal olub. Keçən tədris ilində bu göstərici 380 idi. Bu tədris ilində Azərbaycan bölməsi üzrə ən yüksək göstərici Cəfər Balakişiyev tərəfindən toplanılan 685 bal, rus bölməsi üzrə ən yüksək göstərici isə Nərmin Camalova tərəfindən toplanılmış 691 bal olub".

Sonda yüksə nəticə göstərmiş bütün abitriyentlərə şirkətin təsisçisi Sona Vəliyeva tərəfindən hədiyyələr təqdim edilib.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər