Qoşunların təmas xəttində atəş səsləri səngimir. Ermənistan silahlı qüvvələri yenədə təxribat xarakterli əməllərindən əl çəkmirlər. Sentyabrın 26-sı axşam saat 22:06 radələrində düşmən tərəfin Ağdam istiqamətində atəşkəs rejimini pozması nəticəsində mülki şəxs həlak olub.
Teleqraf.com-un Qarabağ bürosunun verdiyi məlumata görə, bu dəfə də düşmən tərəfi minaatanlardan istifadə edib. Mərmi partlayışı nəticəsində bir nəfər mülkü şəxs dünyasını dəyişib. Ağdamın Muğanlı kəndindən məcburi köçkün olan və hazırda, məcburi köçkünlərin məskunlaşdığı Baharlı 1 qəsəbəsində məskunlaşan 1975-cı il təvəllüdlü Bağırov Bəhram Qaraxan oğlu mərminin partlaması nəticəsində aldığı qəlpə yaralarından dünyasını dəyişib.
Qeyd edək ki, mərhumun iki övladı olub.
Allah rəhmət eləsin!
Xalid Salmanbəyli