İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycanda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər.
Trend-in məlumayına görə, bu məsələ "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərin edilməsi haqqında yeni layihədə nəzərdə tutulub.
Layihəyə görə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.
İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.