Qışda xəmir xörəklərinə “yox” deyən bilən adam çox az tapılar. Bu isə artıq çəki deməkdir.
Publika.az-ın sağlamlıq bölməsi türkiyəli diyetoloq Gizem Şeberin qış üçün hazırladığı pəhriz reseptini təqdim edir.
Aşağıdakı qidalanma proqramı, heç bir sağlamlıq problemi olmayan və ofisdə çalışan 25-35 yaşlı qadınlar üçün nəzərdə tutulub.
Pəhrizi maksimum 4-5 gün saxlamaq olar. Bu pəhrizlə siz 5 kq-a qədər arıqlaya bilərsiniz.
Səhər yeməyi: 2 dilim ananas, 1 kasa meyvəli və yağsız qatıq
Saat 11:00-dan-12:00-a qədər: 4 ədəd quru ərik, 10 ədəd qovrulmamış badam.
Günorta: 1 porsiya qızardılmış balıq (150 qram), bol salat (yağsız)
Saat 15:00-dan 17:00-a qədər: 2 ədəd yağsız qayğanaq, 1 dilim tam taxıllı çörək.
Axşam: 8 yemək qaşığı balqabaq və ya ispanaq xörəyi, 1 dilim tam taxıllı çörək,1 stəkan kefir.
20:00-dan sonra: 2 dilim ananas, 1 ədəd kivi.
Pəhriz müddətində bunlar qadağandır: Spirtli içkilər, işlənmiş qidalar, şirniyyat və xəmir xörəkləri kimi karbohidratlar, kartof qızartması, şəkər ehtiva edən içkilər.
Olar: Ananas, yağsız qatıq, kefir, hindqozu yağı, göyərtilər, darçın və zəncəfil.