20 Dekabr 2015 22:15
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstintaq təcridxanasında intihar edən MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyevin meyiti ailəsinə təhvil veriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Trend-ə mərhumun vəkili Rəşad Mhdizadə deyib. R. Mirmehdizadə qeyd edib ki, İ. Əliyev dəfn olunmaq üçün sabah Göyçay rayonuna aparılacaq.

Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu. O, saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb. İntihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif:

Oxşar xəbərlər