4 Mart 2016 16:44
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin gündəlikdən çıxarılması təklif edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Z.Səmədzadə deyib ki, komitənin son iclasında icazələrlə bağlı deputatlar tərəfindən haqlı fikir səsləndirilib və qeyd edilib ki, icazələrin sayı azaldılsın və onlar konkretləşdirilsin: “Bununla bağlı bir neçə gündür ki, Prezident Adminstrasiyası ilə müzakirələr aparılıb. İşlər davam etdiyi üçün təklif edirəm ki, sözügedən qanun layihəsi bu gün gündəlikdən çıxarılsın və konkretləşdirilsin”.

Spiker Oqtay Əsədov isə komitə sədrinin bu fikirləri ilə razılaşdığını bildirib: “Həmin qanun layihəsində icazələrin sayı azaldırılaraq 199-a endirilmişdi. Yeni təklifdə isə icazələrin sayı 164 nəzərdə tutulub”.

Daha sonra “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyindən çıxarılıb.

Qeyd edək ki, qanun layihəsi bu gün üçüncü oxunuşdan keçəcəkdi.

Nemət


Müəllif:

Oxşar xəbərlər