7 Mart 2016 19:17
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

8-13 mart tarixlərində keçiriləcək Avropa çempionatı ərəfəsində bu gün Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı təşkil olunub.

Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, konfransda ölkəmizi Azərbaycan Güləş Federasiyasının baş katibi Rəşad Əli-Zadə, vitse-prezident Maqomed Aliomarov və Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Yaşar Rzayev təmsil edib.

Dünya Güləş Birliyi Avropa Şurasının prezidenti Tseno Tsenov konfrans iştirakçılarını giriş sözü ilə salamlayaraq Avropa qitəsinin Dünya Güləş Birliyinin tərkibində oynadığı mühüm rola diqqət çəkib, ev sahibi ölkəyə təşkilatçılığa görə təşəkkür edib.

Daha sonra Latviya Güləş Federasiyasının prezidenti Dzintars Urbançiks çıxış edərək belə bir mötəbər yarışın Latviyaya həvalə edilməsinə görə Dünya Güləş Birliyinə təşəkkür edib və təşkilatçılıq işlərinin yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib.

Sonra video bağlantı ilə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç konfrans iştirakçılarını salamlayaraq onlara işlərində uğurlar arzulayıb.

Konfransın gündəliyinə uyğun olaraq Bakıda təşkil olunan ilk Avropa Oyunları zamanı keçirilən konfransda qəbul olunan protokol, Avropada güləşin inkişafı proqramına uyğun olaraq 2015-ci ildə görüşlərin işlərin nəticəsi və büdcənin hesabatı təqdim edilib və təsdiqlənib.

Sonra DGB-Avropa Şurasının 2013-2016-cı illər güləşin inkişaf proqramının icrası barədə müzakirələr aparılıb, 2016-cı il büdcəsi təsdiq edilib və 2016-2017-ci ilin təqvim planı müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər