Azərbaycanın tanınmış tarixçi alimi, mərhum akademik Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadova vəfat edib.
Bu haqda Teleqraf.com-a Ziya Bünyadovun tələbələrindən biri məlumat verib.
Qeyd edək ki, Tahirə Bünyadova 90 yaşında idi. Məlumata görə, Tahirə Bünyadova bu gün səhər saatlarında vəfat edib. Tahirə xanım uzun illər Milli Məclisdə işləyib. Hazırda akademikin tələbələri və yaxınları onun evində toplaşır.
Ziya Bünyadov Tahirə Bünyadova ilə 1947-ci ildə ailə həyatı qurub və ömrünün sonuna qədər onunla evlilik həyatı yaşayıb. Onların birgə nikahdan Heydər və Cəmil adlı iki oğlu dünyaya gəlib.
Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında qətlə yetirilib.
Nemət