21 Aprel 2016 17:15
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC 2015-ci ilin maliyyə vəziyyəti haqqında hesabatı açıqlayıb.

APA-nın məlumatına görə, 2014-cü il ilə müqayisədə ötən il Bakı metrosunun cəmi aktivləri 10,75% artaraq 2 milyard 226 milyon 770,658 min manat olub. Hesabat dövrünə QSC-nin cəmi uzunmüddətli aktivləri 2 milyard 147 milyon 152,700 min manat, cəmi qısamüddətli aktivləri isə 79 milyon 617,958 min manat təşkil edib.

2015-ci ilin dekabrın 31-ə "Bakı Metropoliteni"nin uzunmüddətli debitor borcları 2 milyon 784,289 min manat, uzunmüddətli kreditor borcları 1 milyon 678, 683 manat olub.

Son 1 ildə qurumun cəmi öhdəlikləri 55,58% azalaraq 94 milyon 918,899 min manata düşüb. Ümumiyyətlə, hesabat dövrünə "Bakı Metropoliteni"nin cəmi uzunmüddətli öhdəlikləri 17 milyon 421,018 min manat, cəmi qısamüddətli öhdəlikləri isə 77 milyon 497,881 min manat olub.

Hesabat dövründə QSC-nin nizamnamə kapitalı 18,67% artaraq 2 mlrd. 373 milyon 140 min 514 manat təşkil edib.

"Bakı Metropoliteni" ötən ili 28 milyon 305,023 min manatlıq zərərlə başa vurub.


Müəllif:

Oxşar xəbərlər