3 May 2016 23:40
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Qarabağda baş verən son olaylar İrandakı erməniləri ciddi təşvişə salıb. Həmçinin Güney Azərbaycanda yaşayan soydaşlarımızın Qarabağ məsələsi ilə bağlı həmrəylik nümayiş etdirməsi erməni deputatları və tərəfdarları arasında böyük narahatlıq doğurub.

Beləliklə, İranın erməni və onların tərəfdarları olan asori, zərdüşt, kəlimi topluluqlarının məclisdəki təmsilçiləri güneyli soydaşlarımızın Qarabağın işğalına qarşı həmrəylik nümayiş etdirməsi ilə bağlı İranın Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıblar. Musavat.com xəbər verir ki, bu barədə İranda populyar olan Teleqram sosial şəbəkəsində məlumat yayılıb.

Açıq məktub şəklində ünvanlanan şikayətdə bildirilir: “Daxili İşlər naziri, cənab Rəhmani-Fəzli, salam. Sayqılarımızla birlikdə elan edirik ki, keçən həftə baş verən Qarabağ münaqişəsini bəhanə edərək Təbrizdə, Urmiyada, Qərbi və Şərqi Azərbaycan əyalətlərinin bəzi şəhərlərində bəzi hərəkətlər (axınlar) ermənilərə qarşı təhrikçi işlərə əl atıblar ki, bu məsələ də erməni topluluğunu nigaran edib. Görünəni odur ki, bu quruplar İslami birlik adı altında separatçılıq edirlər. Biz bu hərəkətlərə qarşı etiraz edir və sizdən bu vəziyyətin qarşısının alınmasını istəyirik”.


Müəllif:

Oxşar xəbərlər