17 May 2016 18:15
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün mayın 17-də Silahlı Qüvvələrin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq təqdim edilib və onların sualları cavablandırılıb. On beş dövləti təmsil edən hərbi attaşelik aparatının 20-dən çox nümayəndəsi hərbi hissənin əsgər yeməkxanası, yataqxana binaları, məşğələ otaqları, təlim nöqtələri və digər obyektləri ilə tanış olublar.

Həmçinin qonaqlar hərbi hissənin yaranma günü ilə bağlı keçirilən tədbirdə də iştirak ediblər. Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkdirilib.


Müəllif:

Oxşar xəbərlər