20 İyun 2016 09:27
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi müzakirə ediləcək.

Məlumatlara görə, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Putin əvvəlcə İlham Əliyev və Serj Sarkisyanla ayrılıqda görüşəcək, daha sonra üçtərəfli görüş başlayacaq.

Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü ilə bağlı heç bir məlumat verilmir.

İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə mayın 16-da Vyanada görüşüb.

Samir


Müəllif: