21 Avqust 2014 09:37
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) qarşıdakı "Bakı-2015" Avropa Oyunları ilə əlaqədar yarışların keçiriləcəyi məkan və digər təşkilati yerlər istiqamətində optik kabel infrastrukturunun tikintisinə başlayıb. Bunu Trend-ə İB-dən deyiblər.

Birlik ümumi uzunluğu 190 kilometr olan optik kabel (böyük tutumlu) çəkəcək. Yarışların keçiriləcəyi məkan və digər təşkilati yerlər arasında məlumatın ötürülməsi sürəti 10 giqabit/s təşkil edəcək.

İB-dən bildiriblər ki, hazırda kabel infrastrukturunun tikintisi üzrə işlərin 70 faizi görülüb, işlərin qalan hissəsi isə yaxın vaxtlarda başa çatdırılacaq.

Qarşıdakı işlər çərçivəsində mis telekommunikasiya infrastrukturunun yaradılması da planlaşdırılır. Ümumilikdə optik xətlərin uzunluğu 230 kilometr, mis kabel infrastrukturunun isə təqribən 70 kilometr təşkil edəcək.

İşlər çərçivəsində ISDN xidmətləri tətbiq ediləcək, internetə giriş infrastrukturu genişləndiriləcək, ictimai yerlərdə (park, stadion, ticarət-əyləncə mərkəzləri) ödənişsiz Wi-Fi şəbəkəsi açılacaq. Həmçinin teleradio verilişləri (eləcə də HD formatında yayımın təşkili) üçün keyfiyyətli və davamlı infrastrukturun təşkili üzrə işlərin görülməsi planlaşdırılır. Keyfiyyətli videoaxının təşkili məqsədilə birbaşa beynəlxalq rabitə kanalı və ayrıca optik-lif şəbəkə işə salınacaq. Bundan əlavə, "Azerspace-1" telekommunikasiya peykinin resurslarından da istifadə olunacaq.


Müəllif:

Oxşar xəbərlər