Azərbaycanın tanınmış politoloqu Vəfa Qulzuadə vəfat edib. V. Quluzadənin səhhəti qəflətən pisləşib və onu xilas etmək mümkün olmayıb.
Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri vəzifəsində çalışıb (1990-1999). O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.
Mərhumun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət etsin!