Xəbər verdiyimiz kimi müsəlmanların müqəddəs ziyarətgahı olan "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində faciə baş verib.
Hadisə nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb. Daha 238 zəvvar isə yaralanıb.
00:07
Teleqraf.com xəbər verir ki, müsəlmanların müqəddəs ziyarətgahı olan "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində məscidin divarlarından biri dağılıb. Nəticədə 87 nəfərin öldüyü, 180-dən çox adamın yaralandığı bildirilir. Dünyasını dəyişən zəvvarlardan birinin Türkiyə vətəndaşıdır. Daha 19 Türkiyə vətəndaşı yaralanıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.
Samir