20 Oktyabr 2015 12:36
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin indiki tərkibdə payız sessiyasının sonuncu plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıb. Spiker deyib ki, hökumətə bir həftə vaxt verilib və bu müddətdə hökumət özünün təkliflərini açıqlayacaq.

Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edib. O deyib ki, 2016-cı ilin dövlət büdcəsi və icmal büdcə parlamentin komitələri və plenar iclasda müzakirə edilib: “Müzakirələr zamanı deputatlar bir sıra məsələləri qaldırıb. Bu məsələlər tərəfimizdən təhlil edilib. Qaldırılan məsələlərin bir çoxu sosial sahəni əhatə edib. Eyni zamanda bir sıra təkliflər isə maliyyə xərcləri ilə bağlıdır. Bu təkliflərin əksəriyyəti növbəti büdcə zamanı nəzərə alınacaq. Qeyd edim ki, məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün prezidentin tövsiyyəsi ilə 50 milyon manat ayırlacaq.

Vergilər Məcəlləsinə dəyişikliklər plenar iclasda müzakirəyə çıxarılacaq. Dəyişikliklər 500 mindən çox muzdla işləyən şəxslərin gəlirlərinin 3-9 faiz artmasına xidmət edəcək. Həmçinin kiçik sahibkarlığın inkişafına əlavə imkanlar yaradacaq. Bütün bunlarla yanaşı sahibkarlıq fəaliyyəti üçün lazım olan lisenziyaların sayının mümkün qədər azaldılması və elektronlaşdırılması baş verəcək. Bu prezidentin sahibkarlıq subyektlərinə dəstəyinin göstəricisidir. Çıxışımın sonunda əminliklə qeyd edim ki, 2016-cı dövlət büdcəsinin parlament tərəfindən qəbulu prezidentin müəyyən etdiyi kursun növbəti ildə davam etdirilməsi üçün təminat yaradacaq. Qanunun qəbulu ölkəmizin istisadi və siyasi sabitliyin davamlı olması ilə yanaşı ölkəmizin maraqlarının qorunmasına xidmət edəcək.

Spiker Oqtay Əsədov isə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini səsverməyə qoyub.

Daha sonra deputatlar “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunun layihəsini müzakirə edib. Komitə sədri Hadı Rəcəbli deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 milyard 78,6 milyon manat nəzərdə tutulur. Bu göstərici cari illə müqayisədə 0,7 faiz çoxdur. Onun sözlərinə görə, 2016-cı ildə fondun gəlirləri ilə xərcləri üst-üstə düşür. Gələn ildə pensiyaçılara olunacaq ödəmələrə 2 milyard 923 milyon 588 min manat vəsait ayırılıb. Dövlət büdcəsindən DSMF-yə transferrin həcmi dəyişdirilmir, cari ildəki kimi qalıb”. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Daha sonra millət vəkilləri “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunun layihələri təsdiq edilib.

Deputatlar “Dövlət rüsumu haqqında”, “Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” və Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihələrinə səs verib.

Nemət


Müəllif:

Oxşar xəbərlər