29 Dekabr 2015 12:09
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, deputatlar gündəliyə salınan 28 məsələni müzakirə edərək müvafiq qərarlar verəcək.


Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, payız sessiyasının sonuncu iclası keçirilir. Daha sonra deputatlar cari məsələlərlə bağlı çıxışlara başlayıb.

Deputat Rövşən Rzayev bildirib ki, hazırladığı qanun layihəsini bu gün parlamentin müzakirəsinə təqdim etmək istəyir: “Əslində bunu Qarabağ İcmasının nümayəndəsi olaraq Konqresə təqdim edilən məlum qətnamə ilə bağlı hazırladım. Helsinki Komissiyasında hazırlanan layihədə söhbət heç də insan hüquqları və demokratiyadan getmir. Bu layihənin ideyası odur ki, Azərbaycanda insan hüquqları pozulur, odur ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilməz. Erməni lobbisi ABŞ Konqresi səviyyəsində bu ideyanı həyata keçirməyə çalışır. Azərbaycan xalqı özünü sülhün qarantı kimi qələmə verən ABŞ-dan işğalçını öz adı ilə çağırmağı, Ermənistana qarşı sanksiyalar tətbiq edilməsini istəyir. ABŞ-da insan haqları pozulur və bunu layihədə qeyd etmişəm. Hörmətli sədr, xahiş edirəm ki, hazırladığım layihənin müzakirəsi üçün parlamentin müvafiq komitələrinə göstəriş verəsiniz”.

Deputat həmçinin deyib ki, bu gün Xankəndinin ən böyük qəsəbələrindən olan Kərkicahanın işğal günüdür: “Bütün Dağlıq Qarabağ müharibəsində şəhid olan vətəndaşlarımıza Allah rəhmət eləsin”.

Spiker deyib ki, qərar layihəsi ilə tanış olub: “Hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu məsələyə baxması barədə tapşırıq verəcəyəm”.

Deputat Xanhüseyn Kazımlı isə deyib ki, həmkarı Rövşən Rzayevin təşəbbüsünü dəstəkləyir: “Bizim səsimizi ucaltmağımız olduqca vacibdir. Təklif edərdim ki, bu layihə komitələrdə müzakirədən sonra plenar iclasda müzakirə edilsin”.

Nemət


Müəllif:

Oxşar xəbərlər