“Həmsədrlər istənilən vaxt Ankaraya getməyə və rəsmi şəxslərlə görüşməyə hazırdırlar”.
Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə dair məsləhətləşmələr aparmaq üçün Minsk qrupu ölkələrinin paytaxtlarında olublar:
“Biz Türkiyə rəsmiləri ilə fikir mübadiləsi aparmaq, həmçinin substantiv danışıqlarda irəliləyiş əldə etmək və zorakılıq risklərini azaltmaq üçün tədbirlər həyata keçirmək səylərimizə onların da dəstəyini cəlb etmək imkanını yüksək dəyərləndiririk”.