Ermənistanın Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan Türkiyənin “A9” kanalında Adnan Oktarın qonağı olub.
Teleqraf.com-un məlumatına görə, bunu Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi açıqlayıb.
O qeyd edib ki, A.Oktar R.Kirakosyanla söhbətində ermənilərin onların tarixən dostu olduğunu deyib: “Osmanlı vaxtında sizə sadiq millət deyirdik. Siz bizim bir hissəmizsiniz. Sizi canımız qədər çox sevirik. Osmanlı dövründə erməni əsilli sənətkarlar, həkimlər, hətta yüksək rütbəli paşalar var idi. Aramızı vurmağa çalışdılar, (azərbaycanlılar nəzərdə tutulur – İsmayıl Tanrıverdi), amma yenidən keçmiş gözəl günlərə qayıdacağıq”.
İ.Tanrıverdi bildirib ki, A.Oktar söhbət boyu ermənilərin gözəl, mehriban insanlar olduqlarını, onalrla türklərin münasibətlərinin kənar qüvvələr tərəfindən pozulduğunu bir neçə dəfə təkrar edib və sərhədlərin tezliklə açılacağını bildirib.
Səxavət