3 Sentyabr 2016 11:43
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şiə ordusu yaratmaq açıq şəkildə “sünni ordusu da yaradın” deməkdir. Sünni ordusunun da yaradılması islam dünyasını parçalamaq deməkdir. İslam dünyasını parçalamaq istəyən kimlərdir? Hamı Orta Doğunu kimin qarışdırdığını bilir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Feysbuk social şəbəkəsində politoloq Xaləddin İbrahimli yazıb.

Qeyd edək ki, bir müddət əvvəl mediada İranın şiə ordusu yaradacağı haqqında xəbərlər gedib.

Professor Xaləddin İbrahimli isə belə bir adda ordunun yaradılmasını islamı parçalayacağını, onu zəif duruma gətirəcəyini düşünür: “O zaman İranın kimlərə xidmət etdiyini anlamaq yenə çətindirmi? Orta Doğuda ABŞ-ın, İsrailin maşası bu dövlət deyilmi? Sionizmə ölüm, ABŞ-a ölüm şloqanları gözə kül üfürmek deyilmi?”.

Cavad


Müəllif:

Oxşar xəbərlər