19 Oktyabr 2016 15:54
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ali Sovetdə müstəqilliyə dair müzakirələr aparılanda mən baş nazirin birinci müavini, Azərbaycan Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışırdım. Yəni parlamentdə gedən məsələlər mənə aid deyildi. Lakin həmin dövrdə proseslərin mərkəzində idim”.

Bunu Teleqraf.com-a Azərbaycanın sabiq baş naziri Rəhim Hüseynov son günlər Müstəqillik Aktı ilə bağlı Ali Sovetin üzvlərinin bir-birini ölkənin müstəqilliyinə səs verib-verməməkdə ittiham etməsini şərh edərkən deyib.

Sabiq baş nazir daha sonra bildirib ki, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi adlı qurum olmasaydı belə, Azərbaycan müstəqil olacaqdı: “Mənə elə gəlir ki, müstəqillik olacaqdı. Bunlar artıq tarixdir, çoxu yadımda qalmayıb. Həmin vaxt mən deputat olmadığım üçün Ali Sovetin sessiyalarında iştirak etmirdim. Amma müstəqilliyin AXC-nin gətirməsi boş söhbətdir. Onsuz da Azərbaycan müstəqil olacaqdı”.

Nemət


Müəllif: