Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 2-də Vyanada seçkilərlə bağlı keçirilən tədbirdə iştirak etmək məqsədilə Avstriyada rəsmi səfərdədir.
Teleqraf.com xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən təşkil edilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbir seçkilərlə əlaqədar müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.
ATƏT/DTİHB-nin direktoru Mixael Linkin dəvətinə əsasən, gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi nəzərdə tutulub.
MSK sədrini komissiya katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.
Səxavət