19 Noyabr 2016 16:19
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan öz ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayanadək Türkiyə bu təcavüzkar ölkə ilə əlaqələr qurmayacaq, o cümlədən sərhədlər açılmayacaq.

Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında söyləyib.

Nazir çıxışında saxta “erməni soyqırımı”, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır terror aktları ilə bağlı həqiqətləri sessiya iştirakçılarının diqqətinə çatdırıb. O deyib: “ASALA terror təşkilatı türk diplomatlarına qarşı ağır terror aktları törətdiyi üçün mən də şəhid olmaq arzusu ilə diplomat oldum”.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində NATO Parlament Assambleyasının 62-ci illik sessiyası keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edir. Azərbaycan nümayəndə heyətinin səfəri noyabrın 22-də başa çatacaq.


Müəllif:

Oxşar xəbərlər