8 Fevral 2017 15:24
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aprel döyüşləri bizim hərbi zəfərimiz idi. Hərbi zəfərlər çox zaman diplomatik qələbələri şərtləndirir və onlar bir-biri ilə bağlıdır. Diplomatik qələbələr də hərbi zəfərləri şərtləndirir. Aprel döyüşlərinin ardınca bizim diplomatiya sahəsində də uğurlarımız artmağa başlayıb. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, 2011-2012-ci illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, qondarma “DQR”in təbliğ-təşviqi ilə məşğul olan, onu müdafiə edən, anti-Azərbayacan mövqedən çıxış edən Aleksandr Lapşinin Azərbaycan dövlətinin tələbi ilə Belarusdan Azərbaycana ekstradisiya edilməsi bizim diplomatik uğurlarımız sırasındadır. Bunu erməni mətbuatı da məhz belə qiymətləndirir. Onlar yazırlar ki, bu hadisə Azərbaycan prezidenti İlham Əliyevin diplomatik qələbəsi, Ermənistan prezidenti Serj Sərkisyanın isə biabırçı məğlubiyyətidir. O, Aprel döyüşlərində aldığı hərbi zərbədən özünə gəlməyib və diplomatik uğursuzluqlar da bir-birini əvəz etməkdədir”.

Похожее изображение

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.

O bildirib ki, bu hadisənin mahiyyəti, dərsi, ən böyük siyasi əhəmiyyəti Azərbaycan dövlətinin bu məsələdə olduqca prinsipial və həm də çox cəsarətli mövqeyini ortaya qoyması oldu: “Çoxları üçün dərs oldu ki, işğal altındakı ərazilərə belə qeyri-qanuni səfərlərlə Azərbaycan dövləti heç zaman barışmayacaq. Onlara qarşı beynəlxalq hüquq çərçivəsində mübarizəsini aparacaq. Həmin mübarizə bu gün konkret nəticə verməkdədir və Lapşinin təhvil verilməsi də bu dediklərimizi bir daha təsdiqləyir. Bundan sonra hər hansı xarici dövlətin vətəndaşı oxşar niyyətə düşərsə, onu da eyni aqibət gözləyəcək. Bu, birmənalı olaraq hər bir tərəfə bəlli oldu”.

Deputat qeyd edib ki, bu hadisədən bəhs edərkən bir məqama da diqqət yetirmək yerinə düşər: “Aleksandr Lapşin bunu gözləmirdi. O hesab edirdi ki, Azərbaycan tərəfi öz narazılığını ifadə edəcək, lakin o da öz bildiyini davam etdirəcək. Amma bu baş vermədi. Hesab edirəm ki, təhvil verilməzdən öncə onun Azərbaycan Prezidentindən əfv olunmasını xahiş etməsi Aleksandr Lapşinin vəziyyətin daha fərqli olduğunu başa düşməsinin göstəricisidir. ArtıqAzərbaycan dövlətinin prinsipial mövqeyini başqa-başqa dövlətlər müdafiə edirlər. Bu gün Ermənistan mətbuatında ən çox bu fikir səslənir ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, amma Azərbaycanın tələbini yerinə yetirir, onun prinsipial mövqeyini müdafiə edir. Hətta bu cür yazılar yazılmasına başlanıb”.

E.Nəsirovun sözlərinə görə, bu hadisə bir daha bütün dünyaya bəyan etdi ki, işğal altındakı Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər etmək olmaz: “Belə səfərlərə getməyin heç bir mənası yoxdur. Gec-tez həmin insanlar öz cəzalarını alacaqlar. Aleksandr Lapşin də bu baxımdan onlar üçün bir dərs olmalıdır”.

Картинки по запросу aydın mirzəzadə

“Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə qanunsuz səfərlər etmiş Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsi Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir”. Bunu isə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, A.Lapşin məsələsi ötən ilin aprel hadisələri kimi tariximizə yazılacaq bir
məsələdir: “Bu eyni zamanda Ermənistana növbəti ciddi xəbərdarlıqdır. Nə zamansa Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əllləri qandallı məhkəməmiz qarşısında duracaqlar”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər