17 Fevral 2017 12:49
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:


“Hörmətli cənab Prezident, son günlər ölkənizdə törədilmiş terror aktları bizi son dərəcə kədərləndirir. Biz bu amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik. Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.


Müəllif: