Xocalı soyqırımı ilə bağlı Şəhidlər xiyabanında abidə qoyulması, protokola salınması barədə Milli Məclisdə qaldırılan təklif müsbət qarşılanır. Amma bizim ən əsas məqsədimiz bu soyqırımı törədənlərin hüquqi müstəvidə cəzalandırılmasıdır.
APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti imkan daxilində lazım olan bütün addımları atır: "Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir. Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb".