11:57
Paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi “Porşe” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib.
Faktla bağlı araşdırma aparılır. (report.az)
***
24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porşe Cayenne Magnum” markalı avtomobillə törətdiyini yazıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.
Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb. (Lent.az)