Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib:
"Bu fikirləri səsləndirəni qınayıram və hüquqi çərçivədə onların hərəkətlərinə qiymət veriləcəkdir. Tariximiz bizi utandıracaq heç nəyə sahib deyil".
Türkiyənin Avropa İttifaqı naziri Ömər Çelik də televiziya və sosial şəbəkələrdə ölkənin qurucusu Mustafa Kamal Atatürkə qarşı istifadə olunan təhqirlərə reaksiya verib:
"Bu cür sözlərin cümhuriyyətimizin yaradıcısı Mustafa Kamal Atatürk, eləcə də onun anası haqqında deyilməsini qınayırıq. Hamı hamıya hörmət etməlidir. İlk prezidentimizə sayğı isə məcburidir. Bu sözləri istifadə edənlər qanun qarşısında cavab verəcəklər".
Qeyd edək ki, Mustafa Ərmağan TVNet-də yayımlanan "Dərin Tarix" verilişində Süleyman Yaşılyurd və Yavuz Bahadıroğlunun Atatürkün mənəvi qızı Afət İnan ilə əlaqələrinin olduğunu iddia edib. Eləcə də, o, Atatürkün anası və atası haqda da çox xoşagəlməz ifadələr işlədib.
Məsələ ilə bağlı prokurorluqda istintaq başlayıb.
Samir