Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Prezident Prokopis türkiyəli həmkarı Ərdoğanla görüşəcək.
67 yaşlı Prokopis Pavlopulos Türkiyəyə səfər edən ilk Yunanıstan prezidenti olaraq tarixə düşəcək.
Xatırladaq ki, sonuncu dəfə 1952-ci ildə Yunanıstan kralı Pavlos Türkiyə prezidenti Cəlal Bayarın dəvəti ilə Ankara və İstanbulda olub.
Bu dəfə Prezident Ərdoğan Yunanıstan prezidentini tədbirə dəvət edib. Yunanıstan prezidenti 3 həftə əvvəl dəvəti qəbul edib.