Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nərimanov rayonunda partlayış təhlükəli döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib və sursatın döyüş tətbiqinə yararsız 1 ədəd 100 millimetr çaplı top mərmisi olduğu müəyyən edilib. Mərmi aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 19:20-də başa çatıb.