17 İyul 2014 10:38
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri böyük əhəmiyyət kəsb edir".

Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, İtaliya dünyanın inkişaf etmiş yeddi ölkəsindən biridir. Onun sözlərinə görə, İtaliya Azərbaycanın ən mühüm ticarət ortağıdır.

"Azərbaycanla İtaliya arasında tarixən sıx əlaqələr olub. Müstəqillik illərində də Azərbaycan-İtaliya münasibətləri zəngin yol keçib. Bu yolda mühüm bir səhifəni prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri təşkil etdi. Səfər zamanı imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açır və ölkələrimizi bir-birimizə daha da yaxınlaşdırır, münasibətlərin inkişafında müstəsna rol oynayır. Hesab edirəm ki, bu səfər münasibətlərin inkişafında yeni imkanlar açır" - deyə, deputat qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər