Teleqraf.com xarici KİV-ə istinadla məlumat verir ki, ölkədə 30 milyon müsəlmanın üzv olduğu cəmiyyəti adından açıqlama verən Ənvər Abbas hökuməti “Starbucks”ın fəaliyyətini qadağan etməyə çağırıb: “Əgər “Starbucks” sadəcə işini görəcəksə, problem yoxdur. Ancaq bizə yad ideologiyaları buraya gətirməsinlər”.
“Starbucks” 1971-ci yaradılmış Amerika şirkətidir. Kofe ticarəti ilə məşğul olur.
Homoseksuallığın qeyri-qanuni sayıldığı İndoneziyada “Starbucks”un yerli şirkəti olan “PT Sari Coffee” boykotla əlaqədar açıqlama yayıb. Şirkət İndoneziyanın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşdığını bəyan edib.