8 İyul 2017 22:42
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz çayında 1 nəfər batıb.

Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər