21 İyul 2017 01:48
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul şəhərində yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 10 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində dam örtüyünün, 3 otağın yanar konstruksiyaları və ev əşyaları 110 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com