Almaniyada 11 milyon yumurtada zəhərli kimyəvi maddə - fipronil tapılıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Almaniya Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
"10,7 milyon - bu, Almaniyada fipronilin aşkarlandığı yumurtaların sayıdır", - o deyib.
Avropa Komissiyasının məlumatına görə, tərkibində fipronil olan yumurtalar 15 ölkədə, o cümlədən Almaniyada aşkar edilib. Bu kimyəvi maddədən birə, gənə və digər parazitlərə qarşı istifadə olunur. İnsan orqanizmində fipronilin toplanması isə ciyər, böyrək və qalxanabənzər vəzinin sıradan çıxmasına səbəb ola bilər.