19 Avqust 2017 09:39
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

08.18 19:57

Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.

APA-nın məlumatına görə, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.

Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.

Hazırda onun axtarışları davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.

***

Katex çayında batan şəxsin meyiti tapılıb.

1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin meyiti xilasedicilər tərəfindən batdığı yerin yaxınlığında tapılaraq sudan çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər