Rusiyanın Elbrus dağında palçıq vulkanın püskürməsi bölgədəki turistlərə ciddi problemlər yaradıb.
Teleqraf.com xəbər verir ki, yüzlərlə turistin köməyinə helikopterlər çatıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Prokladnıy-Azau yolunda 301 nəfər köməksiz halda qalıb. Onların qurtarılması üçün müvafiq tədbirlər görlr.
Kabardin-Balkan bölgəsində yaşayan əhali təhlükə barədə məlumatlandırılıb. Əgər palçıq seli genişlənərsə sakinlər təxliyyə ediləcəklər.