Ermənistanda Araqasotn vilayətinin Burakan kəndində sentyabrın 3-dən başlanan güclü yanğın Astrofizika Rəsədxanasını təhlükə altında qoyub.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, dünən gecə yarısı yanğın baş verən əraziyə fövqəladə hallar naziri David Tonoyan gələrək müşahidə aparıb. Təhlükəli ərazilərə paraşütlə xilasedici-desantların endirildiyi bildirilir.
İrəvandan 36 km aralıda yerləşən Araqasotn vilayətində 80 hektar sahəni əhatə edən yanğının söndürülməsinə 154 xilasedici, o cümlədən polis əməkdaşları və kənd sakinləri də cəlb edilib.