Somalidə terrorçu-kamikadzenin yerli restoranlardan birində özünü partlatması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Baydabo şəhərində qeydə alınıb.
İnsidentlə bağlı heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.