Milli Şuranın mayın 3-də keçiriləcək sessiyasında müzakirə olunacaq məsələlər təxminən bəllidir.
Şuradan Teleqraf.com-a verilən məlumata görə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçiriləcək iclasda bir sıra məsələlərin müzakirəsi gözlənilir.
Bunlar aşağıdakılardır.
NiDA gənclər hərəkatı üzvlərinin məhkəməsi, jurnalist Rauf Mirqədirovun həbsi, qarşıdan gələn bələdiyyə seçkiləri, regionda baş verən ictimai-siyasi proseslər - Ukrayna ətrafında yaranmış durum və Milli Şuraya yeni üzvlərin qəbulu.
Məlumata görə, Milli Şurada struktur islahatları da aparılcaq, qurumun güclənməsi üçün bir sıra addımlar atılacaq.
Ruslan