Slovakiya prezidenti Andrey Kiskanın icərisində olduğu avtomobil qəzaya düşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, A.Kiskanın olduğu limuzin Bratislavadan Poprad şəhərinə hərəkət edərkən digər nəqliyyat vasitəsi ilə toqquşub.
Məlumata görə, prezident xəsarət almayıb və mənzil başına polis avtomobili ilə çatdırılıb.