Pakistanda qeyri-adi cinayət hadisəsi baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pakistanın Haybert Peştunhuva əyalətinin Tank qəsəbəsində qadın ərinin ikinci evliliyinə etiraz edib. Arvadından razılıq ala bilməyən ər isə onun üzərinə benzin tökərək yandırıb.
Ağır yanıq diaqnozu ilə xəstəxanaya çatdırılan qadın bir neçə gün sonra vəfat edib. Kimliyi açıqlanmayan qadının 17 yaşında zorla ərə verildiyi qeyd edilib.
Polisə izahat verən qadının atası Məhəmməd Xan qızı ilə kürəkəni arasında ikinci evlilik müzakirəsinin daim gərginlik yaratdığını deyib:
“Qızım ərinin ikinci evlilik istəyinə qarşı çıxırdı. Mən bu cinayət hadisəsinin incəliyinə qədər araşdırılmasını və günahkarın cəzalandırılmasını tələb edirəm”.
Həyat yoldaşını yandırmaqda ittiham olunan ər isə deyib ki, bu hadisədə özünü təqsirli bilmir. Həyat yoldaşı özü-özünü yandırıb.