Azərbaycan Respublikasına məxsus beynəlxalq danışıq kodu qondarma Dağlıq Qarabağ Respublikasının kodu kimi təqdim olunub.
Teleqraf.com xəbər verir ki, android sistemli pleymarketdən “C2Call FreePhone” proqramını yüklədiyimiz zaman bütün proqramlarda olduğu kimi qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatda isə ad, soyad və nömrə istəyir. Nömrəni daxil etdikdə isə ölkə kodumuz +994-ü “Nagorno Garabakh”ın kodu kimi göstərir.
Dəyəri 25 dollar olan bu proqramın yaradıcılarının bu əməlinin səbəbləri və quql-un bunu necə qeydiyyata aldığı məlum deyil. Qeyd edək ki, hazırda qondarma DQR-in kodu +374-dür.