Rusiyada iki azərbaycanlı mükafatlandırılıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və nazirliyin gənclər şöbəsinin müdiri İndira Hacıyeva MDB-yə üzv ölkələr arasında gənclər və idman sahələrində əməkdaşlığın daha sıx şəkildə qurulması və inkişaf etdirilməsi istiqamətində apardıqları aktiv fəaliyyətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən xüsusi diplomlarla təltif olunublar.