6 Dekabr 2017 09:05
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Tereza Meyə qarşı sui-qəsd hazırlayan 2 nəfər saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar Dauninq-stritdə baş nazirin qarşısında bomba yerləşdirilmiş sumkanı partlatmağa cəhd ediblər.

Bundan sonra cinayətkarlar əllərindəki bıçaqla ətrafdakılara hücum edəcəkmişlər.

Saxlanılanlara qarşı terrorçuluq ittihamı irəli sürülüb.

“İndipendent” nəşri saxlanılanların kimliyini açıqlayıb. Onlar İngiltərə vətəndaşları 20 yaşlı Naaymuri Zakari Rəhman və 21 yaşlı Məhəmməd Akib İmrandır.


Müəllif: Samir

Oxşar xəbərlər