19 Dekabr 2017 02:14
357

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com