BMT-nin sabiq baş katibi Pan Gi Munun bacısı oğlu ABŞ-da saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ona korrupsiya ittihamı irəli sürülüb.
Məlumatlara görə, 30 yaşlı Çu Xyon Pan Manhetton məhkəmədə əməlini etiraf edib.
Onun sözlərinə görə, Vyetnamdakı şirkətlərdən birinin Qətərdən olan biznesmenə məhsul satışında iştirak edib və buna görə külli miqdarda pul alıb.