Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa orta məktəblərdə hərbi hazırlıq dərslərinin bərpa olunmasını təklif edib və bu barədə təhsil naziri Mikayıl Cabbarova müraciət edib.
Teleqraf.com-un məlumatına görə, F.Mustafa Facebook sosial şəbəkəsində qeyd edib ki, orta məktəblərdə hərbi hazırlıq dərslərinin bərpasına ehtiyac yaranıb: “Ehtiyatda olan kifayət qədər zabit və gizirimiz var. Onlar bu işi minimum əmək haqqı ilə həyata keçirə bilərlər. Hələ dərs ilinin başlanmasına bir ay vaxt var. Operativ surətdə orta məktəbin 7-ci sinfindən başlayaraq dövlət və özəl təhsil müəssisələrində şagirdlərin həftədə bir dəfə hərbi vərdiş və davranışlara yiyələnməsinə yönələn dərslərin keçirilməsi nəzərdə tutulmalıdır. Hərbi oyunlar üzrə müxtəlif yarışların keçirilməsi də məktəblərin iş planına salınmalıdır”.
Millət vəkilinin fikrincə, məktəblərdə səyyar atıcılıq kursları təşkilinə ehtiyac var: “Belə kurslar yaradılmalı və uşaqlar ödənişsiz əsaslarda bu kurslarda iştirak etməlidirlər”.
Nərgiz