ABŞ-ın Ohayo ştatında helikopter qəzaya uğrayıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.
Hadisə nəticəsində 2 nəfər ölüb. Qəza Cenoa şəhəri yaxınlığında baş verib. Helikopterin enerji şirkətinə məxsus olduğu bildirilir.
Qəzanın səbəbləri müəyyənləşdirilir.